Cüdoçularımız “Böyük dəbilqə” turnirində mübarizə aparacaqlar
Bakı, 4 mart, AZƏRTAC
Martın 5-də Daşkənddə Azərbaycan cüdoçularının da qatılacaqları “Böyük dəbilqə” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışda ölkəmizi 12 cüdoçu təmsil edəcək. Kişi idmançılarımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar. Yarış martın 7-dək davam edəcək.
Qeyd edək ki, cüdoçularımız ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində 1 medal qazanıblar. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]