CULFA RAYONUNDA KARTOFÇULUQ İNKİŞAF ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, Culfa rayonunda son illər kartofçuluğa diqqət artırılmışdır. Təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olanların sayı getdikcə çoxalır. Bu il 356 hektar sahədə kartof əkilmiş və 3719 ton məhsul əldə edilmişdir.
Rayonun Milax, Xanəgah, Əlincə, Əbrəqunus və Gülüstan kəndlərinin torpaq mülkiyyətçiləri sahələrdən daha yüksək məhsul götürmüşlər.