Culfada Yaycı kənddaxili avtomobil yolları əsaslı təmir olunur VİDEO
Naxçıvan, 1 iyul, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ümumi uzunluğu 16,2 kilometr olan Culfa rayon Yaycı kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 16,2 kilometrlik avtomobil yoluna iki qat asfalt örtüyü döşənəcək.
Müxbir- Nail Əsgərov