Dağ çaylarında sululuq artmışdır
Bakı, 7 iyul (AZƏRTAC). Böyük Qafqazın şimal-şərqindəki yüksək dağlıq ərazilərdə temperaturun yüksəlməsi, qarın və buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçayda sululuq artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-125, Balakən-Şəkidə 70-113, Lənkəran-Astarada 40-140, Kiçik Qafqazda 40-90 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 230 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 95 kubmetrdir.
Kürün aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 52, Şirvanda 80, Salyanda 110, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 65 santimetr azalmışdır.
Kür və Araz çaylarının bütün məntəqələrində suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]