Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAĞLIQ QARABAĞA DAİR DANIŞIQLAR PROSESİ HAQQINDA HƏQİQƏT VƏ YALAN

Qarabağ münaqişəsinin həllində vasitəçilər qarşıdurma vəziyyətində olan tərəfləri öz xalqlarını sülhə və labüd kompromislərə hazırlamağa çağırırlar, belə ki, yeni müharibə “bütün region üçün fəlakət olardı”.

Bununla belə, ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçirilmiş Madrid görüşündən sonra Ermənistanın kütləvi informasiya vasitələri yüksək vəzifəli məmurların canfəşanlığı nəticəsində müxtəlif iftiralara daha çox yer ayırmağa başlamışdır.

Ermənistan XİN-in mətbuat katibi Vladimir Karapetyan Dağlıq Qarabağ məsələsinə dair Ermənistan-Azərbaycan danışıqları ilə bağlı həm ölkə ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışaraq demişdir ki, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda öz müqəddəratını təyin etmək prinsipindən söhbət gedir”.

Ermənistanın baş naziri Serj Sarkisyan isə tamamilə ziddiyyətli bir fikir söyləmişdir. O, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanı isə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımağa çağırır.

Bütün bu fikirlərin və istəklərin yalnız bir məqsədi var - Azərbaycan ictimaiyyətini çaşdırmaq, vəziyyəti partlayış həddinə çatdırmaq, mümkün olarsa, iqtidarla ictimaiyyətin arasını vurmaq.

Amma yalan üzərində qurulan bu məqsədə çatmaq heç də asan deyildir.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin bildirdiyi kimi, danışıqlar “Azərbaycanın ərazi bütövlüyünün və işğal edilmiş ərazilər üzərində suverenliyinin tam bərpa edilməsi, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz evlərinə, o cümlədən Dağlıq Qarabağa qayıtması prinsipi əsasında formalaşmış mövqedən aparılır. X.İbrahim demişdir: “Artıq bunu başa düşməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında tənzimlənə bilər və tənzimlənəcəkdir. Bu isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək statusun verilməsini nəzərdə tutur. Lakin Ermənistan bu reallıqları başa düşməməklə özünü daha böyük çətinliklərə və dünyadakı mövqelərinin zəifləməsinə məhkum edir”.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bununla əlaqədar mətbuat nümayəndələri ilə söhbətində bildirmişdir ki, Azərbaycan heç vaxt öz ərazilərinin başqa ölkəyə verilməsi ilə razılaşmayacaq və ərazi bütövlüyü məsələsi danışıqlar prosesində ölkəmiz üçün həmişə əsas prinsip kimi qalacaqdır. Hətta Dağlıq Qarabağda yaşayan əhalinin özünüidarə modeli də ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər və bu cür modellər Avropa ölkələrinin təcrübəsinə uyğundur. Araz Əzimov axırda demişdir: “Azərbaycanın Dağlıq Qarabağ regionunun gələcək statusu yalnız Azərbaycan və erməni icmalarının bərabər iştirakı ilə, onların təhlükəsizliyinə bərabər təminat verilməklə müəyyən edilə bilər”.

Hamıya yaxşı bəllidir ki, Qarabağ münaqişəsinin kökündə birmənalı olaraq ərazi amili dayanır, “xalqın öz müqəddəratını təyin etməsi” isə təkcə ermənilər nəzərdə tutulan halda Ermənistanın öz ərazilərini genişləndirmək barədə ambisiyalı planlarının həyata keçirilməsi üçün yalnız yayındırıcı manevrdən başqa bir şey deyildir, çünki orada ermənilərlə yanaşı, azərbaycanlılar və başqa xalqların nümayəndələri də yaşayırdı. Ermənistan xarici işlər nazirinin sabiq müavini, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyanın dediyi kimi, əgər dünya birliyinin gözündə Ermənistan təcavüzkar, Qarabağ isə Azərbaycanın tərkibində olan, separatçı siyasət yürüdən anklavdırsa və orada da qalmalıdırsa, onda sual doğur ki, bütün bu qarmaqarışıqlığı törətməyə dəyərmi? Həqiqət bundan ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın “Kanal-4” televiziyasına müsahibəsində demişdir: “Təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan iyirmi birinci əsrdə özünü orta əsrlər dövrünün deyil, iyirmi birinci əsrin reallıqlarına uyğun şəkildə aparmaq barədə dünya birliyinin çağırışlarına hələlik məhəl qoymur. Təəssüf ki, ermənilərin bu məsələyə yanaşmasında məhz orta əsrlər üçün səciyyəvi olan münasibət müşahidə olunur. Bu, qeyri-müəyyənliyə aparan yoldur, onlar heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına nail ola bilməyəcəklər, dünya birliyi heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaqdır və Azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Münaqişənin həlli yolları üzdədir, bu yollar bütün ölkələr üçün… Azərbaycan Prezidenti ümidvar olduğunu bildirmişdir ki, Ermənistanda sağlam düşüncə üstün gələcək və ermənilər yaranmış vəziyyətdən, beynəlxalq praktikanın reallıqlarından və regionda qüvvələr nisbətinin dəyişməsi reallıqlarından düzgün nəticə çıxaracaqlar.

Bununla belə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavini Mətyu Brayzənin dediyinə görə, 2007-ci ildə vasitəçilər danışıqlar prosesində xeyli tərəqqiyə nail olmuşlar.

Məsələn, münaqişə tərəfləri arasında fikir ayrılığına səbəb olan məsələlərin sayını azaltmaq mümkün olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, əgər əsas prinsipləri razılaşdırmaq mümkün olarsa, onların əsasında Böyük sülh sazişinin hazırlanmasına gəlib çatmaq olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH