Daha bir marşrutda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Bakı, 8 aprel, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir.
BNA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə aprelin 10-dan etibarən “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
“İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”, - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]