Danimarka suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir
Stokholm, 22 aprel, Rauf Əliyev, AZƏRTAC
Danimarka hökuməti suriyalı qaçqınları vətənlərinə qaytarmaq istəyir.
AZƏRTAC xəbər verir ki, ölkə ekspertləri Suriyanın paytaxtının və ətraf şəhərlərinin qaçqınların qayıtması üçün kifayət qədər təhlükəsiz olduğu qənaətindədirlər.
Suriyanın böyük bir hissəsində gedən döyüşlər doğrudan da səngiyib və bu həftə buna əsaslanan Danimarka hökumətinin səlahiyyətliləri, analitik və aktivistlər bu ölkədən olan qaçqınların qaytarılması barədə düşünməyə çağırıblar.
Danimarkada 33 minə yaxın suriyalı qaçqın yaşayır, bu da 2011-ci ildə qanlı vətəndaş müharibəsi başlayandan bəri bu, Yaxın Şərq ölkəsini tərk edən 5.6 milyon vətəndaşın kiçik bir hissəsidir.
Danimarka əhalisinin yalnız yüzdədoqquzunu mühacirlər təşkil etməsinə baxmayaraq, immiqrasiya və qaçqın problemləri ilə bağlı mübahisələr son illər ölkənin siyasi həyatında əsas müzakirə mövzusuna çevrilib. Bunu nəzərə alan Danimarkadakı siyasi partiyaların əksəriyyəti mövcud miqrasiya və inteqrasiya qanunlarının sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Lakin suriyalı qaçqınların geri qaytarılması qərarı hələlik verilməyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]