Daşkənddə Azərbaycanlı Gənclər Mərkəzinin idarə heyəti seçilmiş, Nizamnaməsi təsdiq olunmuşdur
Daşkənd, 26 may (AZƏRTAC). Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində (BMM) Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzinin (ÖAMM) dəstəyi ilə Azərbaycanlı Gənclər Mərkəzinin (AGM) konfransı keçirilmişdir.
Konfransda ÖAMM-in sədri Mobil Məmmədov bu ilin martında Bakıda keçirilmiş Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) təsis qurultayında qəbul edilmiş qətnaməyə əsasən Özbəkistanda yaşayan azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda gənclər siyasətinə böyük diqqət yetirilir. Bakıda DAGB-nin qurultayının keçirilməsi, bütün dünyada yaşayan azərbaycanlı gənclərin təşkilatlanması işinə verdiyi dəstək bunu bir daha sübut edir.
BMM sədrinin müavini Münəccət Nurmatova, “Kamolot” İctimai Gənclər Hərəkatının şöbə müdiri Elbek Şukurov azərbaycanlı gənclərə uğurlar arzulamış, onlara hər cür yardım göstərməyə hazır olduqlarını qeyd etmişlər. ÖAMM-in icraçı direktoru Firdovsi Hüseynov, idarə heyətinin üzvü Xasay Abdullayev, gənclər Aynura Zeyniyeva, Səbinə Həsənova, Məhəmmədəli Hidayətov və başqaları görüləcək işlər haqqında məlumat vermişlər.
Sonra AGM-in 18 nəfərdən ibarət idarə heyəti seçilmiş, qurumun Nizamnaməsi təsdiq olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]