CƏMİYYƏT
Daşkənddə azərbaycanlı və özbək uşaqlarının təhsil aldığı uşaq evlərinə bayram sovqatı paylanılıb
Daşkənd, 24 may, AZƏRTAC
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ramazan bayramı münasibətilə Daşkənddə azərbaycanlı və özbək uşaqlarının təhsil aldığı 30 saylı, habelə fiziki qüsurlu uşaqlar üçün olan 1 saylı uşaq evlərinə bayram sovqatı göndərib.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi 30 saylı uşaq evini himayəyə götürüb və mütəmadi olaraq bu məktəbin uşaqlarına yardım göstərir.
Bu uşaq evinin şagirdləri müxtəlif bayram tədbirlərində Mədəniyyət Mərkəzinə dəvət olunur, Azərbaycan milli yeməklərinə qonaq edilirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:28]
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub
- 08.05.2024 [21:00]
“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək
- 08.05.2024 [19:58]
DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb
- 08.05.2024 [19:29]