DAŞKƏNDDƏ “BÖYÜK İPƏK YOLU” ADLI BEYNƏLXALQ TURİZM SƏRGİSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə “Özbəkturizm” və “Böyük ipək yolu” reklam agentliyi “Böyük ipək yolu” adlı beynəlxalq turizm sərgisi və seminar keçirmişdir. Tədbirlərdə dünyanın 14 ölkəsindən 70 şirkət iştirak etmişdir.
Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi nümayəndəsinin iştirak etdiyi sərgidə respublikamızın turizm imkanları da nümayiş olunmuş, xarici turizm şirkətlərinin ölkəmizə cəlb edilməsi ilə bağlı danışıqlar aparılmışdır.