Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAVAKAR ERMƏNİ MİLLƏTÇİLİYİNİN VİZİT KARTI

Levon Ter-Petrosyan Ermənistan prezidenti vəzifəsinə namizədliyini irəli sürmüşdür. Ermənistanın keçmiş prezidenti özünün bu addımının əsas məqsədini onunla izah edir ki, indiki iqtidarın yenidən ölkəyə başçılıq etməsinin qarşısını almaq lazımdır, çünki bu iqtidarın “əxlaqı qüsurludur, o, xalqı alçaldır və ona heç də şərəf gətirmir”. Levon Ter-Petrosyan oktyabrın 26-da Yerevanın mərkəzində keçirilmiş mitinqdə ölkənin hakim dairələrini kəskin tənqid edərək, onları “tamamilə korrupsiyaya qurşanmış, münasibətləri qanunla, xalqın iradəsi ilə, siyasi dialoq yolu ilə deyil, cinayətkar aləmin qaydaları ilə tənzimləyən cinayətkar administrasiya” adlandırmışdır.

Nə deyək, bəlkə də, onlar bilən məsləhətdir, lakin gəlin keçmişə qısaca nəzər salaq.

Levon Ter-Petrosyan 1998-ci il fevralın 3-də, o vaxtkı baş nazir R.Koçaryan, müdafiə naziri V.Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə L.Ter-Petrosyanın təklif etdiyi planı dəstəkləməyəndə istefa vermişdi.

Xatırladaq ki, L.Ter-Petrosyanın təklif etdiyi planın əsas mahiyyətini Azərbaycanın işğal edilmiş altı rayonunu qaytarmaq, kommunikasiyaların blokadasını ləğv etmək və Dağlıq Qarabağın statusu barədə danışıqlar aparmaq təşkil edirdi. Bu plan opponentləri qane etmirdi, onlar qoşunların çıxarılmasını birbaşa Dağlıq Qarabağın statusu məsələsi ilə əlaqələndirən “paket variantı” təklif edirdilər.

Ter-Petrosyanın soydaşı, Qafqaz KİV İnstitutunun direktoru, “RİA Novosti” agentliyinin Ekspert şurasının üzvü Aleksandr İskəndəryan deyir: “Əlbəttə, Ermənistanın birinci prezidentinin niyyətlərini ona Vaşinqtondan və ya Brüsseldən telefonla diktə etməyiblər. Bu, Ermənistanın daxilindəki siyasi vəziyyətin inkişafının və onun (Ter-Petrosyanın) bu siyasi vəziyyət barədə təsəvvürünün nəticəsidir”. A.İskəndəryanın fikrincə, Ter-Petrosyanın vəzifəsi müxalifəti birləşdirmək deyil, “hakimiyyət sistemini üstələməyə qabil olan güclü dalğa yaratmaqdır”.

Artıq bir həftədir ki, KİV-lər Ermənistanda “narıncı inqilab” baş verməsi ehtimalı barədə oxuculara bu və ya digər formada xəbərdarlıq edən yazılar verir. Özü də bu yazıların hər birində amerikalıların əli var. Əlbəttə, fərziyyə söyləmək heç kəs üçün qadağan edilməyib, amma bu fərziyyə inandırıcı olmalıdır.

ABŞ-da mütəmadi olaraq demokratiyanı tapdalayan və öz siyasi opponentlərinə münasibətdə axırıncı dəlil kimi terroru seçən klan nümayəndələri ilə müqayisədə Qərbyönümlü siyasətçiyə qat-qat hörmətli münasibət bəslənir.

Səkkiz il bundan əvvəl (daha dəqiq desək, 1999-cu il oktyabrın 27-də) bir qrup terrorçunun Ermənistan parlamentinin iclas salonunda törətdiyi qırğını xatırlamaq kifayətdir. Terrorçular Ermənistan Milli Məclisinin və hökumətin həmin salonda olan rəhbərlərini və üzvlərini güllələmişdilər. Onların məhkəmə prosesi 2001-ci il fevralın 15-də başlandı, iyunun 20-də isə xristianlığın qəbul edilməsinin 1700 illiyi münasibətilə amnistiya barədə fərman qüvvəyə mindi. 13 nəfər terrorçudan 6-sı həmin əfv fərmanına əsasən azad edildi. Halbuki onların “arsenalında” bir sıra cinayətlər, o cümlədən Vətənə xəyanət və terrorizm maddələri üzrə ittihamlar vardı.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin bu yaxınlardakı müsahibəsində söylədiyi fikirlə razılaşmamaq mümkün deyil. O, day.az saytına müsahibəsində demişdir: “...Ermənistanda “narıncı inqilab”ın mümkünlüyü barədə xəbərlər bu ölkənin həm daxildən, həm də xaricdən zəiflədiyini, onun müstəqil siyasət yeritmək iqtidarında olmadığını göstərir. Buna görə də Ermənistanı özünün “forpostu” adlandırmaq iddiasında olan bu və ya digər iri dövlətlərin əlində oyuncağa çevrilmiş erməni xalqı ermənilərin öz dövlətçiliyini faktik olaraq tamamilə itirmiş vəziyyətə düşməsində kimin təqsirkar olması barədə düşünməlidir”.

Beləliklə, hazırda Ermənistanda baş verən hadisələr heç də “narıncı inqilab” deyil, çünki daha bir fərziyyə - ABŞ Konqresinin Beynəlxalq məsələlər komitəsinin Osmanlı Türkiyəsində “ermənilərin soyqırımı” faktını tanımaq barədə qətnaməni guya “Ermənistanda ABŞ-ın əlaltısını hakimiyyətə gətirməklə bağlı tədbirlərin həyata keçirilməsindən əvvəl zəruri addım kimi ABŞ-da Ermənistan barədə ictimai rəyi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq” üçün qəbul etməsi fərziyyəsi də puç olur.

Əks dəlil kimi bu faktı xatırlatmaq kifayətdir ki, amerikalı siyasətçilərin çoxu, o cümlədən ABŞ Prezidenti Corc Buş özü də qondarma “erməni soyqırımı”nın konqresmenlər tərəfindən tanınmasına etiraz etmişdir. Əvvəllər “erməni soyqırımı”nın tanınmasına səs vermiş bəzi konqresmenlər isə bu məsələ barədə öz mövqelərinə yenidən nəzər salmışlar.

Beləliklə, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın siyasi səhnəyə gəlməkdən məqsədi dünya birliyinin nəzərində “ermənilik” imicini dəyişməkdir. Doğrudanmı Levon Ter-Petrosyan buna kömək edə biləcək? Bəlkə də. Əgər o, Azərbaycanla dialoqun xarakterini dəyişsə. Özü də təkcə Azərbaycanla yox. Ermənistan öz ekspansiyaçı siyasətindən imtina etməli, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli, istər bizim ölkəyə, istərsə də qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməkdən əl çəkməli və regionda dinc yanaşı yaşamaq siyasəti yeritməyə cəhd göstərməlidir.

Bəs onun bu cəhdi həyata keçirməsinə imkan verəcəklərmi? Çətin. Bircə faktı qeyd etmək kifayətdir: Ermənistanın hərbi doktrinasının layihəsində göstərilir ki, bu ölkə Dağlıq Qarabağ əhalisinin (təbii ki, erməni əhali nəzərdə tutulur) təhlükəsizliyinin təminatçısıdır. Məgər bu, Azərbaycan ərazisində aparılan döyüş əməliyyatlarında rəsmi Yerevanın əli olmasını sübut etmirmi?! Ermənilər hay-küy yaratmaqda ustadırlar. Onlar hamıdan bərk qışqırmağı bacarırlar. Lakin boş yerə hay-küy yaratmaq çox davam edə bilməz.

Bir məsələni də qeyd etməmək olmaz ki, ermənilər Los-Anceles yaxınlığında, Qlendal kitabxanasında “Naxçıvanın erməni irsi” mövzusunda konfrans keçirməyi planlaşdırırlar. Sən demə, belə bir erməni irsi də varmış... Onlar bütöv bir aksiya keçirməyə, Naxçıvanın guya “tarixi Ermənistan ərazisi” olmasını təsdiqləyən saxtalaşdırılmış “sənədli film” nümayiş etdirməyə hazırlaşırlar. Yaxşı deyiblər ki, iştah diş altındadır.

Ermənilər iddia edirlər ki, Naxçıvan ərazisində - Culfada erməni qəbiristanlığı və “erməni xaçkarları” tamamilə dağıdılmışdır. Belə iddialar Azərbaycana qarşı təcavüzün növbəti mərhələsidir. Milli Məclisin deputatı Qənirə Paşayeva deyir: “Onlar heç bir çirkin əməldən çəkinmir, tarixi təhrif etmək üçün hər cür yalana əl atırlar. Əgər onlar bu gün Naxçıvan barədə ərazi iddiaları irəli sürürlərsə, sabah başqa qonşu dövlətlərə münasibətdə də buna oxşar hərəkətlər edəcəklər. Yeri gəlmişkən, başqa ölkələrə ərazi iddiaları bu ölkənin hüquqi sənədlərində əks olunmuşdur”.

Bu məqamda İlya Çavçavadzenin sözləri yada düşür. O, “Erməni alimləri və daşların harayı” adlı kitabında yazırdı ki, ermənilər bir neçə ildən sonra müəyyən ərazinin qədim erməni torpağı olmasını bəyan etmək üçün orada xaçkarları yerə basdırırlar.

X.İbrahimin dediyinə görə, Azərbaycanın baş konsulluqları və diplomatik missiyaları bu cür hərəkətləri tam ciddiyyətlə izləyirlər və “erməni diasporunun və Ermənistan hökumətinin bu hərəkətlərinin ziyanını minimuma endirmək üçün” müəyyən addımlar atacaqlar.

Əslində, Ermənistanda prezident vəzifəsinə bu və ya digər namizədin hakimiyyətə gəlməsi Azərbaycana nə verə bilər? Əsas məsələ budur ki, Ermənistanın növbəti prezidenti öz ölkəsinin indiki xarici siyasət xəttinin uğursuzluğa məhkum olduğunu dərk edərək, bundan nəticə çıxarsın, ölkənin gələcəyini bu və ya digər iri dövlətin istəyindən asılı vəziyyətə salmasın, başqa cavan, lakin uzaqgörən Prezident İlham Əliyev başda olmaqla Azərbaycan kimi, tam müstəqil, öz ölkəsinin və xalqının mənafelərinə uyğun siyasət yeritsin, sonradan pərəstiş obyektinə çevriləcək miflər uydurmasın.

Bunlar baş verməyincə, Çauş, Dro, Andranik və millətçi-faşist təmayüllü başqa müzür ünsürlər Ermənistanda qəhrəman kimi qələmə verildikcə, Ermənistanın XXI əsrə daxil olması baş tutmayacaq, çünki dal-dala hərəkət etməklə irəli getmək olmaz.

Bu qeydləri Ermənistan Hüquq və Azadlıqlar Mərkəzinin sədri, siyasi məhbus Vardan Arutyunyanın sözləri ilə tamamlamaq istərdik. Öz ölkəsinin yalançı vətənpərvərlərinin yeritdiyi siyasətin tamamilə perspektivsiz və məhvə məhkum olmasını başa düşən bu adam deyir: “Biz bütün uğursuzluqlarımızı qonşularımızın pis olması ilə izah edirik, guya biz istisnayıq, guya bütün başqa xalqların qonşuları bizim qonşulardan yaxşıdır və onlar heç vaxt başqalarının əsarəti altında olmayıblar. Bizim bu günümüz - keçmişimizin təkrarıdır. Biz yenə qonşularımızı özümüzə düşmən elan etmişik, yenə öz dövlətimizə hörmət etmirik, ölkəmizi idarə edən ləyaqətsiz və bacarıqsızlara münasibətdə dözümlülük göstəririk. Bizi növbəti məğlubiyyət gözləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO