Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Martın 5-də Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının ötən ilin əməliyyat-xidməti fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını giriş sözü ilə açmış, 2001-ci ildə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində görülmüş işlərin nəticələrinə dair ətraflı hesabat məruzəsiylə çıxış etmişdir.

Nazir vurğulamışdır ki, Azərbaycan Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin məntiqi və uğurlu nəticəsi olaraq indi ölkədə hüquqi, demokratik islahatlar, milli dövlət quruculuğu prosesi dönməz, daimi xarakter almışdır, ictimai-siyasi sabitlik qorunub saxlanılır, kriminogen duruma nəzarət olunur. Respublikada qanunların aliliyinin bərqərar edilməsi, demokratikləşdirmə, güclü dövlətçilik intizamı və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılması hüquq-mühafizə siyasətinin ardıcıl həyata keçirilməsinə, o cümlədən cinayətkarlıqla mübarizənin uğurla aparılmasına imkan verir.

Son onilliklərdə cinayətkarlığın səviyyəsinin kulminasiya nöqtəsinə çatdığı 1992-ci illə (22.450 cinayət) müqayisədə əhalinin sayının bir milyon nəfərdən çox artmasına, kriminogen duruma bu və ya digər şəkildə mənfi təsir göstərən amillərin mövcudluğuna baxmayaraq, həmin ilə nisbətdə ötən il cinayətlərin sayı bütövlükdə 34,9 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 37,6 faiz, qəsdən adam öldürmələr və ölümə cəhdlər 2,2 dəfə, quldurluq və soyğunçuluqlar 3,5 dəfə, oğurluqlar 4 dəfə, odlu silahla törədilən cinayətlər 6 dəfədən çox azalmışdır. Uğurlarımızın əsasını qoymuş və əməliyyat xidməti fəaliyyətinin həyata keçirilməsi üzrə əsas vəzifələri müəyyən etmiş Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanının icrasıyla bağlı görülən işlər bir an belə səngiməmişdir. 1995-ci ildən indiyədək əhalidə qanunsuz saxlanılan 14 min 899 ədəd odlu silah, o cümlədən 4075 ədəd avtomat, 2924 tapança, 626 qumbaraatan və s. yığılmış, 26 min 676 nəfərdən ibarət 6 min 904 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Təkcə ötən hesabat ilində 1556 nəfərdən ibarət 802 kriminal struktur, o cümlədən adam oğurluğu və reketlə məşğul olan 45 nəfərdən ibarət 18 qrup, qətllər törədən 58 nəfərdən ibarət 23 qrup, quldurluq və soyğunçuluq cinayətləri törətmiş 227 nəfərdən ibarət 146 qrup ifşa edilərək məsuliyyətə cəlb olunmuşdur.

General-polkovnik Ramil Usubov qeyd etmişdir ki, hesabat dövründə şəxsi heyət tərəfindən cinayətlərin açılması, axtarışda olan cinayətkarların tutulması, baş verə biləcək hüquqazidd əməllərin qarşısının alınması, ölkəmizdə sabitliyin qorunub saxlanılması istiqamətində aparılan məqsədyönlü, intensiv və uğurlu tədbirlər öz bəhrəsini vermişdir.

Nəticədə respublika üzrə qeydə alınmış 3 min 749 ağır və xüsusilə ağır cinayətdən 3 min 419-nun, yaxud 91,2 faizinin açılması təmin edilmişdir. Cinayətlərin ayrı-ayrı növlərinin, o cümlədən qəsdən adamöldürmə, soyğunçuluq, quldurluq və avtonəqliyyat vasitələrinin qaçırılması faktlarının açılması xeyli yaxşılaşmışdır. 2000-ci ilə nisbətən ötən il cinayət-axtarış xətti ilə qeydə alınmış cinayətlərin, o cümlədən onların ağır və xüsusilə ağır növlərinin müvafiq olaraq 7,3 və 15,9 faiz azalmasına nail olunmuşdur. Ölkəmizin ərazisində qeydə alınmış qəsdən adam öldürmələr 3,5 faiz, hədə-qorxu ilə tələb etmələr 17,1 faiz, qanunsuz azadlıqdan məhrumetmələr 35,3 faiz, zorlamalar 10,9 faiz, oğurluqlar 17,5 faiz, həmçinin mənzil oğurluqları 5,4 faiz, avtonəqliyyatın oğurlanması 2,1 dəfə, qaçırılması 31,8 faiz, xuliqanlıqlar 14,5 faiz azalmışdır. Axtarışda olanların 69,2 faizi tutulmuş və bu göstəricilər əvvəlki illə müqayisədə 0,9 faiz yaxşılaşmışdır.

Ötən ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2003, o cümlədən satışla bağlı 711 cinayət faktı aşkarlanmış, qanunsuz dövriyyədən 90 kiloqram, o cümlədən 60 kiloqram marixuana, 15,3 kiloqram həşiş, 3,8 kiloqram heroin, 10,4 kiloqram tiryək və habelə ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olan 20,6 kiloqram müxtəlif narkotik vasitə götürülmüşdür. Yaşıl kütlə halında 444 ton 108 kiloqram narkotik tərkibli bitki məhv edilmişdir.

Hesabat dövründə törədilən inzibati xətalarla mübarizə və profilaktik tədbirlər gücləndirilmiş, o cümlədən 5100 xırda xuliqanlıq, 1800 polisin qanuni tələblərinə tabe olmamaq, 1000 icazə sistemi qaydalarının, 14700 yaşayış yeri üzrə qeydiyyat qaydalarının, 800 sərhəd rejimi qaydalarının, 376500 yol hərəkəti qaydalarının, 3800 sanitariya qaydalarının, 570 ov və ekoloji təhlükəsizlik qaydalarının pozulması, eləcə də 3300 müəyyən edilməmiş yerlərdə malların satışı faktları aşkar olunmuş, inzibati protokollar tərtib olunmuşdur. Ötən il cinayətkarlıqla mübarizədə və hüquq qaydalarının təmin edilməsi zamanı 8 əməkdaş həlak olmuş, 82 nəfər yaralanmışdır. Yeri gəlmişkən, kadrların, xüsusilə də gənclərin fiziki və mənəvi cəhətdən sağlamlığı Vətənə, anda sədaqət ruhunda tərbiyə olunması istiqamətində də səmərəli tədbirlər görülmüşdür.

Daxili işlər naziri Ramil Usubov son illər ölkəmizdə idmanın geniş vüsət almasında beynəlxalq yarışlarda möhtəşəm zəfərlər qazanılmasında gənclərimizə böyük diqqət və qayğı göstərilməsində Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinin, hərtərəfli siyasi və intellektual keyfiyyətlərinin, yüksək vətənpərvərliyinin təkanverici rol oynadığını xüsusi vurğulamışdır. Azərbaycanın prioritet siyasət istiqamətlərindən olan neft strategiyasının, dövlət gənclər siyasətinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi potensialının inkişafında, respublikanın müdafiə qüdrətinin yüksəldilməsinə xidmət etməyə qadir olan gənclərin yetişdirilməsində və onların milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində, Azərbaycanın dövləti maraqlarının beynəlxalq səviyyədə təmin olunmasında və müdafiə edilməsində danılmaz xidmətləri olan, yetkin və təcrübəli siyasətçi, hörmətli İlham Əliyev sözün əsl mənasında, xalqımızın gələcək güvəncinə və iftixar simvoluna çevrilmişdir.

General-polkovnik Ramil Usubov daxili işlər orqanlarının əsas fəaliyyət istiqamətlərindən olan vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək hüquqlarının həyata keçirilməsi, onların qəbulu işinin təşkili, ölkə qanunvericiliyinin və bu məsələ ilə bağlı DİN-nin qüvvədə olan əmrinin müvafiq tələblərinə uyğun qurulması barədə də danışmış və bildirmişdir ki, hesabat dövründə respublika daxili işlər orqanlarına 150 mindən çox müraciət daxil olmuş, orqan və hissələrdə 20 mindən artıq vətəndaşın qəbulu həyata keçirilmişdir. Həmin müddətdə DİN-ə 12650 ərizə daxil olmuş, Mərkəzi Aparatda 2585 vətəndaş qəbul edilmişdir.

Daxili işlər nazirinin sözlərinə görə, ötən il şəxsi heyətin fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar da özünü göstərmiş və bu bəzi sahələrdə daha yüksək göstəricilərin əldə olunmasına imkan verməmişdir. O, həmin nöqsan və çatışmazlıqların üzərində ətraflı dayanmış, onların həlli yolları barədə danışmışdır.

Müzakirələrdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Ə.Əhmədov, Bakı BPİ-nin rəisi M.Əliyev, DİN-in baş idarə və idarə rəislərindən Z.Nəsirov, C.Məmmədov, S.Mehrəliyev, M.Əsgərov, M.Hüseynov, M.Quliyev və başqaları çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov möhtərəm dövlət başçımızın daxili işlər orqanlarını dövlətçiliyimizin əsas dayağı hesab etdiyini, onun bu mühüm dövlət qurumunun şəxsi heyətinə, problemlərinin həllinə daim xüsusi diqqət və qayğı göstərdiyini, həssaslıqla yanaşdığını xüsusi vurğulamışdır.

Kollegiyaya yekun vuran nazir, general-polkovnik Ramil Usubov ölkəmizin Prezidentini əmin etmişdir ki, daxili işlər orqanları sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, asayişin və insan hüquqlarının etibarlı təmin edilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində daim ayıq-sayıq dayanacaqlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib