Dehlidə boya fabrikində yanğın nəticəsində 11 nəfər həlak olub
Bakı, 16 fevral, AZƏRTAC
Hindistanın paytaxtı Dehlidə boya fabrikində baş verən güclü yanğın nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yanğın axşam saatlarında fabrikin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəblərdən baş verib.
Yuxarı mərtəbələrdəki insanların binanı tərk etmək imkanı olmadığı üçün ölənlərin sayının artacağı istisna edilmir. Yanğınsöndürənlər alovu bir neçə saatdan sonra nəzarət altına ala biliblər.
Hindistanda bina yanğınları bir çox halda təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]