Dekabr-fevral ayları çaylarda azsululuq dövrü hesab olunur
Bakı, 26 dekabr, G.Mahmudlu, AZƏRTAC
Son zamanlar yağan yağışlar nəticəsində respublikanın bəzi bölgələrində çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Xüsusilə Kiçik Qafqazın çaylarında, xüsusilə də Gəncəçay, Kürəkçay, Zəyəmçayda artım müşahidə olunub. Çaylarda suyun səviyyəsində artım 2-5 santimetr təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
A.Verdiyev bildirib ki, Kür çayının Gürcüstandan gələn hissəsində də həmin ərazidə yağan yağış nəticəsində artım müşahidə olunub. Bu gündən etibarən isə çayların səviyyəsində azalma qeydə alınır. Belə ki, çaylarda səviyyə 1-2 santimetr azalıb. Buna baxmayaraq, sululuq ongünlük normadan yüksəkdir.
“Hazırda çaylarda qış mövsümünə xas olan sululuq dövrüdür. Dağlıq ərazilərə yağıntılar qar şəklində düşdüyü üçün çaylarda elə də artım müşahidə olunmur. Buna görə də dekabr-fevral ayları çaylarda azsululuq dövrü hesab olunur”, -deyə baş hidroloq qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]