Dekabrın 9-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi gözlənilir
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 7-də və 8-də ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bəzi bölgələrdə yağıntının intensiv olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
“Qeyri-sabit hava şəraiti dekabrın 9-dək davam edəcək. Dekabrın 9-u gündüzdən etibarən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz olacağı ehtimalı var. Hava şəraiti nisbətən mülayimləşsə də, temperatur rejimində ciddi dəyişiklik gözlənilmir”, - deyə G.Məmmədova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]