Dekorativ-Tətbiqi Sənət Festivalına sənət əsərlərinin qəbulu davam edir
Bakı, 18 sentyabr, AZƏRTAC
“Art Tower” rəsm qalereyasında ənənəvi olaraq elan edilən Dekorativ-Tətbiqi Sənət Festivalına sənət əsərlərinin qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a məlumat verən “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov deyib ki, festivala batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlərlə müraciət etmək olar. Onun sözlərinə görə, festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir.
Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunub.
Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır, ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi bayram xarakteri daşıyır. İştirakçılar əsərlərinin fotosunu [email protected] elektron ünvana göndərə bilərlər.
Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]