Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin susqunluğu təəssüf doğurur

Deputat: Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin susqunluğu təəssüf doğurur

Bakı, 29 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev söylədiyi kimi, bu gün Azərbaycan xalqı üçün dostunu və düşmənini tanıdığı gündür. 30 il davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi sentyabr ayının 27-dən etibarən münaqişənin hərbi yolla ədalətli həllindən başqa yol qoymayıb.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərdən çıxış edərək əzəli, tarixi torpağı olan Dağlıq Qarabağın geri qaytarılması, dünyanın nüfuzlu təşkilatları və beynəlxalq hüquq tərəfindən tanınan suverenliyinin bərpasına başlayıb. Bu, Azərbaycan üçün elan olunduğu kimi, Vətən müharibəsidir və bu müharibə Azərbaycanın haqqa, ədalətə, bütün beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə uyğun formada aparılmaqdadır. Baxmayaraq ki, 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməyərək kağız üzərində qalıb, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti olaraq bu qətnamələrin icrasını təkbaşına həyata keçirməkdədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev söyləyib.

Deputat deyib: “Bu gün biz müharibə zamanı insan hüquqları, uşaq hüquqları, habelə dinc, mülki şəxslərin günahsız yerə öldürülməsi, xüsusilə də Azərbaycan cəmiyyətində qəzəb və ikrah hissi doğuran onlarla günahsız uşaqlarımızın ölməsi, valideynsiz qalması kimi faktları əllərində əsas tutaraq xüsusi hesabatlar hazırlayıb dünyaya bəyan etməli olan nüfuzlu beynəlxalq təşkilatların bütün baş verənlərə susması, laqeyd qalması, bir çox hallarda isə birtərəfli, riyakar mövqe tutması, gördüyümüz tərəfkeşlik, haqqı nahaqqa qurban vermək hallarını təəssüf hissi ilə müşahidə edirik. Halbuki, həmin beynəlxalq təşkilatların. Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri Azərbaycandakılardan fərqli olaraq, öz işlərini operativ və beynəlxalq qaydalara uyğun qurmağı yaddan çıxarmayıblar”.

M.Əfəndiyev bildirib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar, habelə beynəlxalq institutlar ilə səmərəli, işgüzar, qarşılıqlı münasibətlər yaradaraq, onlara müəyyən olunmuş çərçivədən də artıq hörmətlə yanaşıb.

“Azərbaycanda akkreditə olunmuş bütün beynəlxalq təşkilatlar hər zaman Azərbaycan dövlətinin diqqətində olub və birgə əməkdaşlıq çərçivəsində qlobal, regional, milli hədəfləri nəzərdə tutan layihələri uğurla icra ediblər. Azərbaycan dövləti demək olar ki, əksər beynəlxalq təşkilatların layihələrində donor qismində çıxış edib, istər institusional, istər təşkilati, istərsə də digər resurslarla hər zaman kömək göstərib.

Son on ildə Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərə ev sahibliyi etməklə beynəlxalq təşkilatların məqsədlərinə çatmaları üçün hərtərəfli diqqət nümayiş etdirib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış ediblər. Xüsusilə BMT və onun alt strukturları hər zaman Azərbaycanın yanında olacaqlarına söz veriblər”, - deyə deputat vurğulayıb.

O bildirib ki, oktyabrın 4, 11 və 17-də Gəncə şəhərinə raket atəşləri nəticəsində 25 nəfərin həlak olması və 139 nəfərin yaralanması, 27-28 oktyabrda isə Bərdəyə raket hücumu nəticəsində 30-a yaxın şəxsin həlak olması, 80-dən çox insanın yaralanması, münaqişə zonasından tamamilə kənarda olan dinc əhalinin, uşaqların ölməsi faktlarını praktiki olaraq öz gözləri ilə görmək, bütün bu faktları öz səlahiyyətləri və mandatları çərçivəsində təmsil etdikləri dövlətlərə və beynəlxalq təşkilatlara çatdırılmasını təmin etmək məqsədilə hökumətimiz tərəfindən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri üçün dərhal səfərlər təşkil olundu.

“Qeyd etmək istəyirəm ki, bu beynəlxalq təşkilatların öhdəliyi və vəzifə borcu məhz ixtisaslaşdırılmış sahələrdə qısamüddətli hesabatlar hazırlamaq və dünyaya bəyan etməkdir. Beynəlxalq təşkilatlarda uzun müddət fəaliyyət göstərən bir şəxs kimi Gəncədə, Bərdədə və digər rayonlarımızda mülki insanlara qarşı vəhşiliyə dair hər hansı ciddi, haqqa-ədalətə söykənən sənədlərə rast gəlmədim.

Bu gün BMT-nin Uşaq Fondu (UNICEF) dünyada uşaqlara qarşı olan zorakılığa, müharibədən əziyyət çəkən uşaqlara dair bütün cinayət faktorlarını qeydə alır və illik hesabata salır. Lakin UNICEF-in Azərbaycanda akkreditə olunmuş nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini əks etdirən sənədə rast gəlmədik.

Bu bir daha Azərbaycanın bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətinə yenidən baxılması zərurətini gündəmə gətirir. Ölkəmizdə 20 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bir daha çağırış edərək, onları Azərbaycanda öz gözləri ilə gördükləri həqiqətlərə, haqqa, ədalətə biganə qalmamağa və öz mandatları çərçivəsində baş verənlərə düzgün, səlis və vicdanla yanaşmağa səsləyirəm”, - deyə M.Əfəndiyev diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

® Beynəlxalq səviyyəli cərrah

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən

Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb VİDEO

Kəlbəcərə dolu yağıb VİDEO

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Keçmiş futbolçu: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

Su təchizatı və tullantı suları üzrə xidmət haqqını onlayn ödəmək mümkündür

® NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım

Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş direktor: Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub

Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 538-ə çatıb

BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb

Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub

® Peşəkar, məsuliyyətli, diqqətcil və qayğıkeş həkim

Lamin Yamal 8 oyundur qol vura bilmir

Bir xəyalın ardınca BDU-ya