Deputat: Bələdiyyə seçkiləri ilə bağlı qanunvericiliyi təkmilləşdirməliyik
Bakı, 16 yanvar, AZƏRTAC
2024-cü ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Həmin seçkilərlə bağlı mövcud qanunvericiliyi təkmilləşdirməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yanvarın 16-da komitənin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deyib.
Bələdiyyələrin sayının, tərkibi məsələlərinin ictimaiyyət tərəfindən geniş müzakirə olunduğunu diqqətə çatdıran komitə sədri əlavə edib: “Qanunvericiliyi təkmilləşdirməliyik ki, bələdiyyə seçkilərini də yüksək səviyyədə keçirək. Bu baxımdan 2024-cü ilin yaz sessiyası bizim üçün gərgin bir sessiya olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
- 09.10.2026 [16:04]
® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
- 09.10.2026 [15:43]