Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Son illər bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb

Deputat: Son illər bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində AzTV-yə verdiyi müsahibə, həmin müsahibədəki önəmli mesajlar gündəmin əsas mövzusu olmaqda davam edir. Son illər təkcə işğaldan azad olunmuş bölgələrimiz, sərhədyanı rayonlarımız və böyük şəhərlərimiz deyil, ümumilikdə bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb. Prezidentin bölgələrə səfərləri də ardıcıl xarakter daşıyır. Bölgələrimizdə aparılan sürətli və keyfiyyətli işlər dövlətimizin başçısının şəxsi nəzarətində altındadır. İstər yolların tikintisi, istərsə də elektrik enerjisi, su, qaz təchizatı ilə bağlı çox böyük layihələr icra edilib. İsmayıllıda qazlaşdırma 80 faizdən çox, Ağsuda isə 100 faizə yaxındır. Bu iki qonşu rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və keyfiyyətli, daimi elektrik enerjisi ilə təchizat tam təmin edilib. Kənd yollarının (eləcə də, İsmayıllı-Muğanlı yolunun yeni bölümündə) yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ziyarət etdikləri “Diri Baba” türbəsi bütün Qafqazlarda nadir abidələrdəndir. Yaşı 500 ildən çox olan bu müqəddəs ocaq yüz illərdir xalqımızın ziyarət yeri kimi tanınıb. “Diri Baba”nın İslam inanc turizmi xəritəsində bundan sonra daha geniş şəkildə təbliğ olunacağına inanırıq.

Milli Məclisin deputatı, həmçinin bildirib ki, Basqal yalnız İsmayıllının və Şirvan bölgəsinin deyil, ümumilikdə ölkəmizin qədim yaşayış yerlərindən biridir. Dövlətimizin başçısının dediyi kimi, əlbəttə, Basqalın tarixi siması qorunmalıdır, amma, eyni zamanda, çağdaş standartlara, çağırış və tələblərə cavab verməlidir. Yəni Basqalın sakinləri üçün daha yaxşı yaşam, iş və istirahət ortamı yaradılmalı, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Məsələn, qəsəbədə 179 otaqlı yeni hotelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Bu hoteldə bir qəsəbə üçün az sayılmayacaq qədər - 300-ə yaxın iş yeri açılır və işə cəlb olunanlar da məhz yerli sakinlərdir. Basqalın yaxın aylardan etibarən yeni turist dalğası ilə üzləşəcəyinə şübhə etmirik.

“Vurğuladığımız kimi, təkcə işğaldan azad edilmiş bölgələrimiz deyil, bütün ölkə ümumi proqram, qəbul edilmiş konsepsiya, başqa sözlə, dövlət strategiyası üzrə inkişaf edir. İşğaldan azad edilmiş bölgələrimizin ölkə iqtisadiyyatına yenidən qazandırılması çox önəmli hadisədir. Dövlətimizin başçısı Basqalda Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışdı. Yalnız onu deyə bilərik ki, işğaldan azad olunmuş bölgələrimizdə istehsal edilən xalis balın ümumi çəkisi artıq ixrac mövzusunu gündəmə gətirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik və digər fəaliyyət sahələrinin çox böyük potensialı var. Artıq önəmli işlər görülüb və məhsul, bar-bəhər mövsümü yetişir. Deyə bilərik ki, bu bölgələrimizdə infrastruktur layihələri icra edildikdən sonra oralar bütövlükdə Qafqazların cazibə mərkəzinə çevriləcəkdir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatına toxunan Qənirə Paşayeva diqqətə çatdırıb ki, bu, Ermənistana dərs olmalıdır. Sülhdən anlamayanlar müharibənin, qisasın, intiqamın hesabına qatlanmalıdır. Bəli, biz yeni müharibə istəmirik. Bəli, biz sülhə hazır və sadiqik. Amma sülh birtərəfli olmur, qarşı tərəf buna tam hazır ola bilmirsə, heç olmasa, istək nümayiş etdirməlidir. Əks təqdirdə, “sülhə məcburetmə” deyə bir anlam var. Müharibəsiz, təxribatsız həyatı təsəvvür etməyənlərə onu xatırlatmaq məcburiyyətində qalacağıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan edib

Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

Kiyevə 20-yə yaxın ballistik raket atılıb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

ABŞ Qəzzada sabitləşdirmə qüvvələrinə 206 milyon dollar vəsait ayıracaq

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Şamaxıda qəzada ölənlərin sayı 2-yə çatıb – YENİLƏNİB 2

Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib

Tramp özünü Kim Çen Inla əlaqə quran yeganə ABŞ lideri adlandırıb

Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub -  YENİLƏNİB 5

Tramp ABŞ-nin süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb

Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb

III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub

Fotoqraf: Bəzən sadəcə doğru anı göstərmək kifayətdir ki, insanın baxışı dəyişsin

İsrail ordusu HƏMAS-ın bir bölük komandiri və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb

Dövlət Departamenti Keniyada helikopter qəzasında dörd amerikalının öldüyünü təsdiqləyib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

Bu saata olan əsas xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addım atılıb VİDEO

“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir

Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

“IT Park Uzbekistan”da Azərbaycan jurnalistlərinə ölkənin rəqəmsal ekosistemi təqdim olunub VİDEO

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazar və naşirlərlə görüş təşkil edilib

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

“İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Naxçıvanda indiyədək şəhid ailələri və müharibə əlillərinə 400-ə yaxın mənzil təqdim olunub VİDEO

Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib VİDEO

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir VİDEO

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI