DÜNYA
Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edilib
![Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edilib](/files/2023/3/1200x630/1703254358192014123_1200x630.jpg)
Bakı, 22 dekabr, AZƏRTAC
Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub.
“News Medical Life Sciences”də yer alan məlumata görə, 169 funksional fərqli gen tapılıb, bunlardan 135-i yenidir. Oklahoma və Stanford universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada “KLF6” və “COMMD3” adlı yeni kəşf edilən iki gen diqqəti çəkib. Onlardan biri - “KLF6” adlı DNT bağlayıcı zülal insanlarda və heyvanlarda melanin istehsalını itirməsinə səbəb olur, digər növlərdə isə melanin istehsalında mühüm rol oynayır. “COMMD3” isə melanosomların turşuluğunu idarə edərək melanin sintezini tənzimləyir.
Araşdırmada iştirak edən alim bildirib ki, belə tədqiqatlarda dəri xərçəngindən qorunmağın yollarını öyrənmək mümkün olur. Belə genləri kəşf etməklə tədqiqatçılar mikroblara və xəstəliklərə qarşı effektiv müdaxilələr hazırlaya bilərlər.
Araşdırma “Journal Science” adlı jurnalda da yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]