DƏVƏÇİ RAYONUNDA EKOLOJİ MONİTORİNQ KEÇİRİLMİŞDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzərin Kompleks Ekoloji Monitorinqi İdarəsinin mütəxəssisləri Dəvəçi rayonunda monitorinq keçirmişlər. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, monitorinq zamanı “Dəvəçi broyler” açıq Səhmdar Cəmiyyətinin ətraf mühitə xeyli ziyan vurduğu aşkar olunmuşdur. Belə ki, kollektora yığılan çirkab dənizə axıdılır. Kollektordan götürülən suyun nümunəsi buradakı zəhərli maddələrin yüksək səviyyəsindən xəbər verir. Bundan əlavə, fərdi evlərin məişət çirkabının Samur-Abşeron kanalına axıdıldığı faktı qeydə alınmışdır.
Ekoloqlar kanalın sol sahilində 3 hektar sahənin zibilliyə, 5 hektar ərazinin isə bataqlığa çevrilməsi faktını da aşkar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]