DİN: Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:01]
Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]