CƏMİYYƏT
DİN: Ötən gün ayrı-ayrı rayonlarda avtomat, tapança, qumbara, tüfəng və patronlar aşkarlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 3 patron darağı və 300 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.