Din Tao: Azərbaycanda Çin dili və mədəniyyətinə həvəs artır
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanda Çin dili və mədəniyyətinə həvəs artır. Ötən müddət ərzində 8 minə yaxın insan Çin dili kurslarına yazılıb.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao sentyabrın 26-da Bakıda Çin Xalq Respublikasının yaranmasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
"Çin-Azərbaycan ikitərəfli münasibətlərində insanlar arasında mübadilə inkişaf edir. Hər iki ölkənin yerli hökumətləri, beyin mərkəzləri və universitetləri sıx əlaqələr saxlayır.
Azərbaycan da Çin vətəndaşları üçün birillik vizasız siyasət tətbiq edərək, xalqlarımız arasında dostluq mübadiləsini və əməkdaşlığı daha da genişləndirib", - deyə Din Tao vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]