CƏMİYYƏT
Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər





Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 20-də Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin anım günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.