DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARADILMASININ 5 İLİ TAMAM OLMUŞDUR
İyunun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının beş ili tamam olmuşdur.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə iyunun 22-də keçirilən iclasda DQİDK-nın sədri Rafiq Əliyev çıxış edərək, beş il əvvəl qurumun yaradılmasını zəruri edən amillərə toxunmuş, ümummilli liderimiz Heydər Əliyevin komitənin təsis edilməsi haqqındakı Sərəncamının uzaqgörən siyasətin təzahürü olduğunu vurğulamışdır.
Sonra komitənin əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]