Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dmitri Savelyev: Rusiya Türkiyə ilə münasibətlərin möhkəmlənməsində Azərbaycana arxalana bilər

Dmitri Savelyev: Rusiya Türkiyə ilə münasibətlərin möhkəmlənməsində Azərbaycana arxalana bilər

Moskva, 9 aprel, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Ankara sammitinin beynəlxalq siyasət üçün əhəmiyyəti ilə bağlı fikrini bölüşüb, region ölkələrinin xarici siyasətinin qurulmasında Azərbaycanın rolunu qiymətləndirib.

-Dmitri İvanoviç, Ankarada üç ölkənin liderlərinin görüşündə nəyi daha böyük nailiyyət hesab edirsiniz?

- Üçtərəfli sammitin ən vacib yekunu, zənnimcə, Avropa və Birləşmiş Ştatlara verilən bu siqnal oldu: regionumuzdakı problemlərin həllində sizin xidmətinizə daha ehtiyacımız yoxdur! Yüzilliklər boyu dünya siyasətində dəyişiklik Qərbin xeyir-duası ilə baş verib, lakin bu era başa çatıb: indi region ölkələri Suriya məsələsini müstəqil həll etmək üçün birləşiblər. Şübhəsiz, Moskva, Tehran və Ankara müxtəlif mülahizələri rəhbər tutaraq bu prosesdə iştirak edirlər. Lakin Rusiya Elmlər Akademiyasının Qara dəniz - Xəzər regionunun Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Rayevski “dəyirmi masa”da çıxışında əbəs yerə demədi: “Tarix boyu ölkələrimiz arasında hər şey baş verib, lakin Suriyada müharibənin başa çatdırılması məsələsi ortaya çıxanda biz qüvvələrimizi birləşdirməyə nail olduq”. Rusiya, Türkiyə və İran Yaxın Şərq regionunda yeni təhlükəsizlik sistemi arzusunu və bunu yaratmaq imkanını dünyaya nümayiş etdirəndə strateji yanaşma ani fikir ixtilaflarına üstün gəldi.

- Siz hesab edirsinizmi ki, Ankaradakı görüş üç ölkənin liderlərinə bir sıra gərgin məsələlərdə Qərb ölkələri qarşısında vahid cəbhədən çıxış etmək imkanına çevrilib?

- Suriya problemində nə ABŞ, nə Avropa aşkar sülh quruculuğu təşəbbüsü təklif edə bilmədiklərindən Astanadakı danışıqlar formatı hazırda böhranın siyasi həllini tapmaq üçün yeganə real imkandır. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko “dəyirmi masa” çərçivəsində vurğulayıb ki, “Astana prosesinin mövcudluğu faktı ABŞ-ı son dərəcə qıcıqlandırır, onlar bu prosesi öz maraqlarına qarşı açıq çağırış kimi qəbul edirlər, axı bu format Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə bağlıdır: Suriya tənzimləməsinin iştirakçılarının əksəriyyəti ŞƏT-in üzvləri (Qazaxıstan və Rusiya kimi), müşahidəçiləri (İran kimi), ya da bu təşkilatın tərəfdaşıdırlar (Azərbaycan və Türkiyə kimi)”. ŞƏT terrorizmə qarşı mübarizədə məxsusi regional struktura malikdir, axı Türkiyə ilə İranın sərhədində silahlı dəstələrin mövcudluğu nəinki milli, həm də regional təhlükəsizliyə təhdiddir.

Bu cür əməkdaşlığın genişləndirilməsi regionun bütün ölkələrini əhatə etməlidir. Moskvada keçirilmiş VII Beynəlxalq Təhlükəsizlik Konfransı buna nümunədir. Onun 95 dövlətdən olan iştirakçıları sırasında İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi və Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev də var idi. Xüsusilə demək lazımdır ki, terrorçuların ərəb Şərqindən, o cümlədən Suriyadan Rusiyaya keçməsi yolunda Azərbaycan faktiki olaraq buferdir. Azərbaycanın müstəsna dərəcədə peşəkar xüsusi xidmət orqanları və ordusu var, onlar öz işlərini effektiv yerinə yetirir və rusiyalı həmkarları ilə qarşılıqlı geniş əlaqə təcrübəsinə malikdirlər. Rusiya beynəlxalq terrorizmə və narkotəhlükəyə qarşı mübarizə metodlarını müəyyənləşdirərək, Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində regionun aşkar liderlərindən biri kimi, şübhəsiz, Azərbaycan ilə əməkdaşlığa arxalanır.

- Ankara sammitinin onun iştirakçılarının özü üçün hansı əhəmiyyəti var?

- Bizim ölkəmiz üçün bu, hər şeydən əvvəl cənub hüdudlarında yürüdülən siyasətdə aşkar tərəqqidir. Politoloq-şərqşünas Vyaçeslav Matuzov “dəyirmi masa”da çıxışında obrazlı şəkildə deyib: “Biz ABŞ-ın Yaxın Şərqin yenidən qurulması üzrə qlobal planını pozduq”. Qərb ölkələrinin Rusiyanı dünya arenasında təcrid etməyə çalışdıqları şəraitdə, Rusiya regionun mühüm dövlətləri, ilk növbədə Türkiyə ilə fəal dialoq aparır. Bu, NATO-nun yeganə ölkəsidir ki, Birləşmiş Ştatların ardınca getmədi və öz maraqlarından çıxış edərək Rusiya ilə strateji ittifaqa girdi.

Bundan başqa, Suriya münaqişəsinin tənzimlənməsində fəal əməkdaşlıq ölkələrin digər istiqamətlərdə də bir-birinə etimadını artırır, çünki Rusiya, Türkiyə və İranın nüvə energetikası, nəqliyyat və ticarət sahələrində bir çox kəsişən maraqları var. İndi Türkiyənin inşaat şirkətləri Rusiyaya fəal surətdə qayıdır, İranla Xəzərə dair bir sıra razılaşmalar əldə olunub, Azərbaycandan keçən “Şimal-Cənub” dəmir yolunun tikintisi davam edir. Yeri gəlmişkən, xatırladım ki, bu magistral İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirmək üçün əlaqələndirici həlqə olacaq. Rusiyanın Qafqaz və Mərkəzi Asiya regionlarına çıxışı, habelə Avropanın Fars körfəzinə və Hindistana çıxışı isə qarşılıqlı ticarət həcmini bir neçə dəfə artırmağa imkan verəcək. Onu da vurğulayım ki, “Şimal-Cənub” xüsusi əlaqələndirmə komitəsinin yaradılmasının təşəbbüskarı məhz Azərbaycan olub, Rusiya və İran isə bu ideyanı yaxından dəstəkləyib. Azərbaycan, ümumiyyətlə, Rusiyanın ən etibarlı tərəfdaşıdır. Qarşılıq iqtisadi maraqlar, həmçinin ölkələrimizin siyasi münasibətlərinin inkişaf vektorunu müəyyən edir və bu kontekstdə Ankara sammiti də birinci dərəcəli əhəmiyyətə malikdir. Ona görə də, Türkiyə və Rusiya haqqında söhbət gedirsə, onda bu yaxınlardakı böhrandan sonra bizim münasibətlərimizin bərpasında Azərbaycan heç də az rol oynamayıb. Rusiya da öz strateji tərəfdaşına, o cümlədən Türkiyə ilə əlaqələrin gələcəkdə möhkəmlənməsi baxımından tam arxalana bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub