Domeniko Tedesko: Azərbaycanla matç bizim üçün vacibdir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan millisinə qarşı keçirəcəyimiz matç olduqca ciddidir və bizim üçün vacibdir. Bakıda çətin anlar yaşadığımızı unutmamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.
İtaliyalı çalışdırıcı hələlik start heyət haqqında məlumat verməyəcəyini bildirib: “Əlbəttə bəzi dəyişikliklər olacaq, çünki biz yenilik istəyirik. Azərbaycanın keyfiyyətli oyunçuları var. Onlar İsveç kimi güclü komandaya 3:0 hesabı ilə qalib gəldilər. Amma bizim də komandamızda Romelu Lukaku və Yan Vertongen kimi sərrast futbolçular var”.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]