DONALD RAMSFELD ABŞ-IN MÜDAFİƏ NAZİRİ VƏZİFƏSİNDƏ QALIR
AZƏRTAC İTAR- TASS agentliyinə istinadla xəbər verir ki, Prezident Corc Buş Donald Ramsfelddən ABŞ-ın müdafiə naziri vəzifəsində qalmağı xahiş etmiş, o razılıq vermişdir. Bunu dekabrın 3-də jurnalistlərə ABŞ administrasiyasının nümayəndələri bildirmişlər.
Onların sözlərinə görə, Buş hesab edir ki, Ramsfeld ölkənin “beynəlxalq terrorizmlə müharibə vəziyyətində olduğu belə bir çətin dövründə Pentaqona başçılıq edə biləcək yeganə şəxsdir. Bundan əlavə, 72 yaşlı nazirin özü ABŞ Silahlı Qüvvələrində islahatları başa çatdırmaq üçün heç olmazsa, iki il bu vəzifədə qalmaq istədiyini bildirmişdir.
İndiyədək prezident kabinetinin 17 üzvündən 8-i istefa ərizəsi
yazmışdır. Onların bəzilərinin yerinə namizədlər də seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]