Dörd ayda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib
Bakı, 17 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 502 milyon 826 min ABŞ dolları, Türkiyə ilə 884 milyon 498 min ABŞ dolları, Rusiya ilə isə 684 milyon 367 min ABŞ dolları dəyərində olub.
Yanvar-aprel aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 398 milyon 631 min ABŞ dolları, İsrailə 518 milyon 76 min ABŞ dolları, Türkiyəyə isə 416 milyon 331 min ABŞ dolları dəyərindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]