DOST mərkəzlərində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür
Bakı, 13 mart, AZƏRTAC
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Yasamal rayonundakı 1 saylı və Xəzər rayonundakı 2 saylı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər görülür.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, inzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.
1 saylı DOST mərkəzi gün ərzində orta hesabla 450, 2 saylı DOST mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.
Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla əməkdaşların və xidmət üçün müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədilə kompleks profilaktik tədbirlər görülür.