DÖVLƏT BAYTARLIQ XİDMƏTİ QABAQLAYICI TƏDBİRLƏR GÖRÜR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hələlik ölkəmizdə “quş qripi” müşahidə edilməmişdir. Lakin Xidmət etibarlı qabaqlayıcı tədbirlər görür, əhalinin maarifləndirilməsi üçün səyini əsirgəmir. Əhalini xəbərdar edir ki, “quş qripi” virusu köçəri quşlar tərəfindən yayılır, ev quşları isə yalnız onlarla təmasda olduqda yoluxur. Bu virus həyat fəaliyyətini suda 4, adi şəraitdə 30 gün, quş peyinində isə 3 aya qədər saxlayır. O, müsbət 100 dərəcə temperaturda bir neçə dəqiqəyə məhv olur. Virusun bəzi növləri insana yoluxur. Lakin sanitar normalara tam əməl etdikdə bu, təhlükə törətmir.
Dövlət Baytarlıq Xidməti “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyətyanı sahələrdə, çöl, göl və çay sahilində quş saxlayanlardan xüsusi göstəriş olanadək quşları qapalı şəraitdə saxlamağı, ev quşları və köçəri quşlar arasında kütləvi tələfat müşahidə edildikdə dərhal Xidmətin yerlərdəki orqanlarına məlumat verilməsini tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]