Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb
Moskva, 7 mart, AZƏRTAC
Rusiya Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Duması ictimai əhəmiyyətli yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Deputatlar Rusiya İnzibati Cəzalar Məcəlləsinin “Kütləvi informasiya azadlığından sui-istifadə etmə” bəndinə düzəlişləri təsdiqləyiblər.
İkinci oxunuşda deputatlar KİV-lərdə və internetdə bilərəkdən saxta məlumatlar yayanlara qarşı cərimələrin məbləğini artırıblar. Qanun layihəsinə görə, saxta məlumat yayan vətəndaşlar 30 min rubldan 100 min rubladək, vəzifəli şəxslər 60 min rubldan 200 min rubladək, hüquqi şəxslər 200 min rubldan 500 min rubladək məbləğlərində cərimə oluna bilərlər.
Bundan əlavə, feyk xəbər yaymaqla həyati vacib təşkilatların, o cümlədən nəqliyyatın və ya sosial infrastrukturun, rabitə, energetika, sənaye müəssisələrinin və digər təşkilatların işinə mane olan feyk xəbərlər, habelə insan tələfatına, sağlamlığa və əmlaka ziyan dəyməsinə, ictimai asayişin kütləvi şəkildə pozulmasına səbəb olan saxta xəbər yayılmasına görə cərimələrin məbləği artırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]