DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 2006-Cİ İL BÜDCƏ PROQNOZU 37,3 FAİZ ARTIRILIB
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ildə qurum üçün 480 milyon manat (o cümlədən vergi növləri üzrə əlavə dəyər vergisi 330,8 milyon manat, aksiz vergisi 18 milyon manat, idxal rüsumları 130 milyon manat, yol vergisi 1,2 milyon manat) büdcə proqnozu müəyyənləşdirilmişdir ki, bu da cari ilin göstəricisindən 130 milyon manat və ya 37,3 faiz çoxdur.
Vergi növləri üzrə proqnozda artım əlavə dəyər vergisində 96 milyon manat, idxal rüsumlarında 30 milyon manat və aksizlər üzrə isə 4 milyon manat təşkil edir.
DGK-ya müəyyən edilmiş proqnozun 2,6 milyon manatı Naxçıvan Muxtar Respublikasının büdcəsini formalaşdırmaq məqsədi ilə Naxçıvan Gömrük Komitəsi tərəfindən təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]