DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, 1997-ci ildən fəaliyyət göstərən və Cənubi Qafqaz üzrə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.
İsveçrə Beynəlxalq Tədqiqatlar İnstitutunun beynəlxalq humanitar hüquq üzrə professoru Andrea Biançinin, Beynəlxalq Humanitar Hüquq Mərkəzinin direktoru, professor Luiza Dosvald–Bekin, Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutunun prorektoru, doktor Daniel Vornerin, Haaqa Klingendil İnstitutunun prorektoru, siyasi elmlər doktoru Raul Meertsin “Beynəlxalq insan hüquqları”, “Beynəlxalq humanitar hüquq”, “Diplomatiya, qiymətləndirmə və əks-əlaqənin yaradılması” mövzularında apardıqları açıq mühazirələrin faydalı olduğunu bildirən S.Qəndilov əhəmiyyətli layihələrin gələcəkdə də həyata keçirilməsinin vacibliyini söyləmişdir.
Layihənin direktoru doktor D.Vorner layihə çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs etmiş, jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.