DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra akademiyanın rektoru, professor Seyfəddin Qəndilov dövlətçiliyimizin yaranmasında və möhkəmlənməsində xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub ulu öndərimizlə bağlı xoş xatirələrini söyləmişdir.
Sonra şairin görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” poemasından parçalar söylənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]