Dövlət Komissiyası: Səkkiz erməni hərbçisi qarşı tərəfə təhvil verilib
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, fevralın 7-də 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Qeyd edək ki, cari il fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Həmin məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [11:52]
Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var
- 11.02.2026 [11:41]
Ötən ay sığortaolunanların sayı 10,7 min nəfərdən çox artıb
- 11.02.2026 [11:31]
İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb
- 11.02.2026 [11:28]
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib
- 11.02.2026 [11:14]
DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırır VİDEO
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]
Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?
- 10.02.2026 [23:23]
“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər
- 10.02.2026 [23:10]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:46]