Dövlət Neft Fondu: İnvestisiya gəlirləri 15 milyard dolları ötüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Son on il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər 15 milyard dollardan artıq olub. Hazırda fondun ümumi aktivləri 70 milyard dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan ARDNF-nin icraçı direktorunun müavini Bəhruz Bəhramov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ARDNF-nin vəsaitləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 90 faizinə bərabərdir və bu göstərici dövlət borcunun 13 mislini üstələyir.
“Fondun sabit və davamlı investisiya siyasəti ölkənin maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır”, - deyə Bəhruz Bəhramov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]