Dövlət Neft Şirkətinin rəhbərliyinin iştirakı ilə bahar iməciliyi keçirilmişdir
Bakı, 12 aprel (AZƏRTAC, Nihat Budaqov). Aprelin 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin iştirakı ilə bahar iməciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilikdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri, müvafiq idarə və müəssisələrin çoxsaylı nümayəndələri iştirak etmişlər.
İməcilik zamanı ekologiya idarəsinin “Eko-park”ında ölkəmizin torpaq şəraitinə uyğun yetişdirilən 10 minədək müxtəlif növ ağaclar əkilmişdir. Həmçinin ərazidəki ağacların dibləri yumşaldılmış, suvarma işləri aparılmış, dirəklər bərkidilmiş və sahələr alaq otlarından təmizlənmişdir.
İməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq əkilmiş ağaclara müvafiq aqrotexniki qulluq göstərmişlər.
ARDNŞ-nin digər idarə və müəssisələrində də iməciliklər keçirilmişdir.