DÖVLƏT PROQRAMINDA QHT-LƏRİN İŞTİRAKI İLƏ BAĞLI SEMİNARLAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Milli Qeyri-Hökumət Təşkilatları Forumundan AZƏRTAC-a bildirmişlər ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramında yerli QHT-lərin iştirakının gücləndirilməsinə yardım” layihəsi çərçivəsində Mingəçevir, Ağdaş, Göyçay və Ağsu rayonlarında seminarlar keçirilmişdir.
Yerli QHT-lərin, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirlərdə Proqramın məqsəd və vəzifələri, onun əsasında görülmüş işlər barədə məlumat verilmiş, yerli icmaların fəaliyyət istiqamətləri, mikrokreditlərin ayrılması, məşğulluğun təmin olunması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işi aparılmışdır.