Dübəndi neft terminalında ekoloji tədbirlərə diqqət artırılmışdır
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi ilə bağlanmış müqaviləyə əsasən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Dübəndi neft terminalında fəaliyyətə başlamışdır.
Müqavilənin şərtlərinə əsasən, QSC tərəfindən terminalda fasiləsiz olaraq formalaşan məişət-təsərrüfat, çirkab və neftlə çirklənmiş axıntı sularının təmizlənməsi, eləcə də neft şlamının emalı və zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun tullantıların emalı departamentinin beşinci sahəsinin işçiləri ilk növbədə Dübəndi terminalındakı istehsalat sahəsində abadlaşdırma, təmizləyici qurğularda və qazanxanada isə təmir-profilaktika işlərini həyata keçirmişlər. Texniki vasitələrlə təmin olunmuş sahənin əməkçiləri işlərə may ayından başlamışlar.
Yeni istehsalat sahəsində təlimata uyğun olaraq təhlükəsizlik texnikası üzrə də bütün lazımi tədbirlər görülmüş, ərazi tələb olunan plakatlar və yanğından mühafizə vasitələri ilə təmin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]