“Dunayska Ştreda”nın futbolçusu: “Zirə” keyfiyyətli komandadır
Bakı, 24 iyul, AZƏRTAC
“Bizi “Zirə”yə qarşı çətin oyun gözləyir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın “Dunayska Ştreda” komandasının üzvü Kristian Qerz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, “Zirə”nin keyfiyyətli komanda olduğunu bildirib: “Mövsümün ilk rəsmi oyununa çıxacağıq. Rəqibimiz müdafiədə yaxşı mübarizə aparır. Azərbaycana əla əhvali-ruhiyyədə gəlmişik. Əlimizdən gələni edib nəticə qazanmaq istəyirik”. Vaxtilə İsveçrənin “Qrasshoppers” komandasında Azərbaycan millisinin üzvü, Renat Dadaşovla birlikdə oynayan yarımmüdafiəçi bununla bağlı da danışıb: “Renat çox yaxşı dostdur. Onunla hər zaman əlaqədə oluruq”. Qeyd edək ki, “Zirə” - “Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Slovakiyada baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]