Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz! 

Azərbaycanın yeni tarixinə xalqımızın milli mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət almışdır. Müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı.

Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. On ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayır.

Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir.

Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır. Dünyanın müxtəlif ölkələrində məskən salmış on milyonlarca soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Asiyada, Amerikada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması ümummilli vəzifələrdən biridir. Dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, Azərbaycan icmalarının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il 30 dekabr tarixli iclasında qəbul edilib).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tələbələrin nəzərinə: Bakıda “EducationUSA” məzun sərgisi keçiriləcək

Baş prokurorun müavini: 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir

Şəxsiyyətləri müəyyənləşdirilən daha beş itkin şəhid dəfn olunacaq

Almaniyada qaçqın sığınacaqlarına qarşı siyasi motivli cinayətlərin sayı artıb

Üsküdar Universitetinin rektoru: BDU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr hədəfləyirik

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

UNICEF: Ən varlı ölkələrdə təqribən 8 milyon yeniyetmə funksional savadsızdır

Rektor: Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi

Azərbaycanın turizm imkanları Qazaxıstanda təbliğ edilib

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

Azərbaycan ailəsi ona görə müqəddəsdir ki, millətimiz üçün qəhrəmanlar yetişdirib – Mehriban Vəliyeva

NBA: "Minnesota" yarımfinala yüksəlib, “Boston Seltiks” seriyanı uzadıb

Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir

Dünya birjalarında neft yenidən ucuzlaşıb

Dünya bazarında qızıl 56 dollar ucuzlaşıb

İsveçin Latviyadakı NATO kontingenti ekoloji və sanitar problemlərlə üzləşib

Prezident İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

Albaniya Respublikasının Baş naziri Zati-aliləri cənab Edi Ramaya

Aydın Qəhrəmanovun həmmüəllif olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” kitabı çap edilib

12 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Dövlət Komitəsinin sədr müavini: İnformasiya sivilizasiyası ilə sosial şəbəkələr fenomeninin cəmiyyətə təsiri nəticəsində ailələr çətinliklərlə üzləşiblər - MÜSAHİBƏ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Şahdağa qar yağıb, Şahbuza dolu düşüb – FAKTİKİ HAVA

“Azeri Light” markalı neft bahalaşıb

Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 103 il ötür

Bu gün Beynəlxalq İqlim Günüdür

Raulya Türkkan: Tamaşaçıları Maqsud İbrahimbəyovun heyrətamiz dərəcədə səmimi və canlı dünyasına aparmaq böyük şərəfdir

Bakıda bir sıra yollarda sıxlıq müşahidə edilir - SİYAHI

Babək prospektində baş verən yol qəzası nəqliyyatın sıxlığına səbəb olub

“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Araşdırma: Uzun iş saatları beyin strukturu ilə əlaqəli dəyişikliklərə səbəb ola bilər

Əcnəbilər Çexiyada siyasi partiyalara üzv ola biləcəklər

Bakıda növbəti Autizm Festivalı keçiriləcək

İraqda külli miqdarda narkotik həb qaçaqmalçılığının qarşısı alınıb

Oturaq həyat tərzi Altsheymer xəstəliyi üçün müstəqil risk faktorudur – TƏDQİQAT

Kostanay şəhəri Azərbaycan və Qazaxıstan arasında mədəni dialoqun məkanına çevrilib

Çexiyanın xarici işlər naziri: Avropa ABŞ-ın tarif təhdidlərinə sakit reaksiya verir

Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq

Şamaxıda zəlzələ qeydə alınıb

Yeni tədqiqat: Çay və şokolad qan təzyiqinin azaldılmasına yardımçı ola bilər

Qazaxıstanda türk dövlətlərində seçki sistemlərinin inkişafı müzakirə olunub

Qazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Putin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

“Qalatasaray” Türkiyə Kubokunun qalibi olub

Almaniyanın Kansleri parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəhri-Buzqov avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb

Zelenski İstanbul danışıqlarına dair yeni detalları açıqladı

Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənov barəsində axtarış elan edib

Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq

Emin Əmrullayev: Bu mövsüm basketbolumuz üçün çox uğurlu oldu

Ankarada Türkiyə ilə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub

Gələcəyin səmasında Azərbaycan imzası - YENİLƏNİB VİDEO

Gələcəyin səmasında Azərbaycan imzası - YENİLƏNİB VİDEO

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

“Sabah” komandası Azərbaycan Basketbol Liqasının qalibi olub

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu VİDEO

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu VİDEO

Azərbaycan ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb

Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Parlamentdə Qlobal Cənubun yüksəlişi ilə bağlı müzakirələr aparılıb - YENİLƏNİB

“Grow Group Azerbaijan”: Bu ildən yeni layihələrimizi Qarabağda davam etdirməyi planlaşdırırıq

AAK sədri: 15-dən çox ölkənin universitetlərində doktorantura təhsili almış mütəxəssislərin dərəcələri rəsmi şəkildə tanınıb

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ikinci günündə fermerlərin turu təşkil olunub

Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub VİDEO

Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub VİDEO

Yermolay Soljenitsın: COP29 Azərbaycanı investisiya və əməkdaşlıq üçün cəlbedici məkana çevirdi

Hüseyn Cavid prospektində mikromobillik vasitələri istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

bp Azərbaycanın qədim tarixinin araşdırılmasına dəstək verib VİDEO

bp Azərbaycanın qədim tarixinin araşdırılmasına dəstək verib VİDEO

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Litvada işgüzar səfərdə olub

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan bəhs olunub

İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

Antonio Koşta: Monteneqro Aİ-də müsbət impulsun ən yaxşı nümunələrindəndir

Avropa Ədalət Məhkəməsi Ursula Fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm çıxarıb

Rektor BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

NDU-da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub

Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

® “AccessBank” “Cisco IronPort” üzrə tender elanının müddətini uzadıb

Azərbaycan - Ukrayna oyununun yeri və başlama vaxtı müəyyənləşib

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-a işgüzar səfəri başlayır

Xocəsəndə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

AKİA: Biz subsidiya sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik

Gürcüstan Parlamenti: ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun Gürcüstana düşmənçilik ruhunda tərtib olunub

Xaçmazda avtomobil vuran məktəbli hadisə yerində ölüb

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub