DÜNYA BANKININ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ ÜZRƏ DEPARTAMENTİNİN YENİ DİREKTORU BAKIYA GƏLƏCƏK
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə Departamentinin yeni direktoru, bu vəzifədə Cudi Konnoru əvəz etmiş xanım Donna Douset - Koyrola sentyabrın 8-də Bakıya gələcəkdir.
Dünya Bankının Azərbaycandakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, Departamentin yeni direktoru müxtəlif layihələrin yerinə yetirilməsi ilə tanış olacaq, yeni proqramların həyata keçirilməsi perspektivlərini müzakirə edəcəkdir. Xanım Douset-Koyrola bu məqsədlə baş nazir və müavinləri, maliyyə və iqtisadi inkişaf nazirləri ilə, digər rəsmi şəxslərlə görüşəcəkdir. Sentyabrın 11-də başa çatacaq səfərin yekunlarına əsasən hesabat hazırlanacaq və Dünya Bankının mərkəzi ofisinə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:42]
® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb
- 22.09.2026 [15:20]
Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb
- 22.09.2026 [15:14]
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir
- 22.09.2026 [15:09]