İQTİSADİYYAT
Dünya bazarında neftin bir barelinin qiyməti 100 dollara çatacaq
Bakı, 6 oktyabr AZƏRTAC
Cari ilin sonuna kimi dünya bazarında neftə olan günlük tələbat artaraq 2,44 milyon barelə çatacaq. Gələn ildə isə tələbat daha da artaraq, 2,45 milyon barelə kimi yüksələcək.
AZƏRTAC Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) analitiklərinin hesabatına istinadla xəbər verir ki, OPEC-ə daxil olmayan, lakin neft ixrac edən ölkələr yuxarıda qeyd olunan dövrdə dünya bazarına əlavə olaraq 1,38 milyon barel neft çıxaracaqlar.
OPEC-ın analitikləri bildirirlər ki, hazırda Rusiya və Səudiyyə Ərəbistanı razılaşaraq dünya bazarına ixrac etdikləri neftin həcmini azaldıblar. Bu, bazar iqtisadiyyatının ana xətti hesab edilən tələb və təklif qanununa görə qiymətlərin artmasına səbəb olub. Yaxın həftələrdə neftin bir barelinin qiymətinin 100 dollara çatması proqnozlaşdırılır.