Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib.
O, üçüncü yer uğrunda görüşdə özbəkistanlı Mehrac Bəhramovla üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova (55 kiloqram) və Ruzanna Məmmədova (65 kiloqram) təsnifat mərhələsində, Nərgiz Səmədova (57 kiloqram) isə 1/8 finalda rəqiblərinə məğlub olublar.
Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.
Qeyd edək ki, U-23 dünya çempionatında Elmir Əliyev (55 kiloqram) və Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal qazanıb. Hazırda aktivində iki qızıl medal olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu nəticə ilə yeni rekorda imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:18]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]