Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur
Bakı, 28 iyul, AZƏRTAC
Bakıda təşkil olunan U-17 dünya çempionatında bu gün yunan-Roma güləşi üzrə növbəti görüşlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin daha beş üzvü təsnifat mərhələsində müxtəlif çəki dərəcələrində mübarizəyə başlayacaq. 45 kiloqramda Əli Cavadlı bolqarıstanlı Oqnyan Burqazovla, 51 kiloqramda Abdulrəhman Hüseynli qazaxıstanlı Janajol Kuanışbeklə, 60 kiloqramda Elmir Çərkəzov digər Qazaxıstan təmsilçisi Nurali Askarla qarşılaşacaq.
71 kiloqram çəki dərəcəsində Nadir Həsənov tacikistanlı Mahdi Azizboyevlə, 92 kiloqramda isə Zöhrab Səfərov ukraynalı Hlib Yevsieyevlə üz-üzə gələcək.
Ötən gün finala yüksələn İsfahan Həsənov (80 kiloqram) isə mundialın qızıl medalına yiyələnmək şansına malikdir. O, həlledici görüşdə iranlı Alireza Rezayi ilə üz-üzə gələcək.
Ömər Salmanov (48 kiloqram) ilə Orxan Həbibli isə (65 kiloqram) bürünc medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]