Dünya çempionatında zədələnən Azərbaycan güləşçisi əməliyyat olunacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında zədələnən Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadənin son durumu bəlli olub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı sağ dizindən əməliyyat olunacaq.
Hazırda Astanada olan güləşçi Bakıya komanda ilə birlikdə qayıdacaq.
Qeyd edək ki, o, 1/8 finalda yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Mingiyan Qoryayevə 6:7 hesabı ilə uduzub. Qarşılaşma zamanı sağ dizindən zədələnən Azərbaycan təmsilçisi görüşü başa çatdıra bilməyib.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:23]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [19:00]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]