Dünya çempionatının pley-off mərhələsinin püşkatma tarixi məlum olub
Bakı, 6 sentyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub. Püşkatma mərasimi oktyabrın 17-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.
AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, reqlamentə görə, qrup qalibi olan doqquz komanda Rusiyada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutan doqquz komandadan ən yaxşı göstəriciyə malik səkkizi isə pley-off oyunlarında iştirak etmək üçün dörd cütlüyə bölünəcək. Noyabrın 9-da və 14-də evdə və səfərdə keçiriləcək qarşılaşmaların qalibləri olan millilər də mundiala qatılacaqlar.
Qeyd edək ki, hələlik Avropa zonasından dünya çempionatı 2018-ə birbaşa vəsiqəni “H” qrupunun qalibi Belçika əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]