“DÜNYA DAHİLƏRSİZ YAŞAYA BİLMİR” KİTABI TÜRKİYƏDƏ NƏŞR OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, tanınmış yazıçı-publisist Möhbəddin Səmədin adı dünyanın elm korifeyləri ilə yanaşı çəkilən amerikalı soydaşımız professor Lütfi Zadənin həyat və yaradıcılığından bəhs edən “Dünya dahilərsiz yaşaya bilmir” kitabı Türkiyədə nəşr olunacaqdır. Lütfi Zadənin qeyri-səlis, qeyri-səlis çoxluqlar nəzəriyyələrinin Yaponiyanın, Koreyanın, Almaniyanın, Fransanın, İngiltərənin və digər ölkələrin elektron sənayesinə tətbiqi olduqca böyük iqtisadi səmərə verir. Hazırda həmin kəşfin elmi nəticələrindən ABŞ-ın Kosmik Tədqiqatlar Mərkəzində də geniş istifadə edilir.
2000-ci ildə “Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi”ndə işıq üzü görən bu kitabı türk dilinə professorlar Babək Osmanoğlu və Atilla Çelik tərcümə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]